Menu

Son sutkada peyvənd olunanların sayı açıqlanıb

05.08.2021, 21:18
Son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 623 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 683 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 251 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 053 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 197 491 təşkil edir.

Şərhlər

vətəndaş 2021-08-05 21:29:19

Peyvəndləmə başladıqdan sonra ölüm və yoluxma sürətlə artır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol