Menu

“Taliban” əyalət mərkəzinə daxil olub" - KİV

06.08.2021, 16:01
“Taliban” əyalət mərkəzinə daxil olub" - KİV

“Taliban” hərəkatının silahlı dəstələri Əfqanıstanın şimalındakı Cuzcan əyalətinin mərkəz şəhəri Şəbərğana daxil olublar.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hazırda şəhərdə döyüşlər gedir. “Taliban” döyüşçüləri ölkənin sabiq vitse-prezidenti, özbək səhra komandiri Rəşid Dustumun evini yandırıblar.

“Xinhua” xəbər verir ki, Əfqanıstan ordusunun verdiyi açıqlamaya görə, şəhər ətrafındakı döyüşlər zamanı “Taliban”ın 40 üzvü öldürülüb, 15-i əsir götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol