“Total rəhəbəri Rusiyada nə üzərində işləyirdi?”. Fransanın populyar ”Atlantico” saytı bu başlıq altında maraqlı təhlili məqalə dərc edib. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.
“Total” neft şirkətinin başçısı 21 oktyabr gecəsi Moskva aeroportunda təyyarə qəzasında həlak olub. Rusiya hakimiyyəti artıq orada çalışanların “cinayətkar məsuliyyətsizliyini” kəskin formada qınayıb. Bizim tərəfdən rəyi soruşulan ekspertlər bu hadisədə kriminal izlərin olmasını da istisna etmirlər. “Total” prezidenti Kristof de Marjerinin təyyarə qəzası nəticəsində həlak olmasından sonra “Atlantico”-nun redaksiyası hərbi və iqtisadi kəşfiyyat üzrə bir neçə mütəxəssislə əlaqə saxlayıb. Onların sözlərinə görə, bu hadisə və aeroport personalının “səhlənkarlıq” masştabı haqqında əminliklə hər hansı söz söyləmək hələlik tez olsa da, ancaq qəzanın quraşdırılmasını da tam istisna etmək olmaz.
Kristof de Marjeri Rusiya hakimiyyəti ilə sıx əməkdaşlıq mühitində işləyirdi. Ancaq gəlin hələlik bu faciəli hadisənin təsadüfən baş verib-verməməsi məsələsini bir kənara qoyub, iki tamamilə müxtəlif “imperiyanın” - Kreml və “Total” rəhbərliyinin oxşar maraqlarının nədən ibarət olmasını araşdıraq.
BÖYÜK BİZNESİN ZİDDİYYƏTLİ BƏYANATLARI
Kristof de Marjeri nəinki öz qəribə bığları, həm də öz fikirlərini açıq söyləməsi ilə də fərqlənirdi. O, hətta kök salmış təsəvvürlərin əksinə olsa da, düşündüyünü birbaşa deməkdən qətiyyən çəkinmirdi. Məsələn, Ukrayna hadisələri ilə bağlı o, Donbasdakı böhranın həll olunması yolunda avropalıların Rusiyaya qarşı münasibətdə səhv etdiklərini bildirirdi. Kristof de Marjeri fransız ictimaiyyətinin Rusiya barəsindəki düşüncələrinə qarşı da gedirdi.
“TOTAL” RUSİYA ENERJİ BAZARININ ƏSAS OYUNÇULARINDANDIR
Hər necə olsa da, Kristof de Marjerinin mövqeyi təkcə “Total”-ın Rusiyadakı iştirakı ilə əlaqədər deyildi (Total 1991-ci ildən bu ölkədə dərin kök salıb). Dünyanın beşinci ən böyük neft şirkəti (Bu şirkət gün ərzində 2,6 milyon barel neft istehsal edir) Moskvaya özünün strateji zonasının əsas hissəsi kimi baxır. Böyük investisiyalar cəhətdən eneji əsri uzun olduğu kimi, on illiklər ərzində uzunmüddətli infrastruktur işlərini də həyata keçirmək mümkündür. Son bir neçə ildir ki, Rusiya Səudiyyə Ərəbistanı ilə (söhbət gün ərzində 10 milyon bareldən artıq neft çıxarılmasından gedir) dünyanın ən böyük neft istehsalçısı titulu uğrunda mübarizə aparır. Beləliklə də dünya bazarında Şimal dənizindəki azalan neftin yeri kompensasiya olunur. Rusiyadakı hasilatın artırılması bir fakt kimi “Total”-ın iştirakı ilə uzaq şımaldakı Xaryoqin yatağının işlənməsi və fransızların “Lukoyl” ilə slans neftinin işlınməsi layihəsində nə dərəcədə yaxınlaşdığını göstərir. “Total” üçün Rusiya yüksək texnologiyaya ehtiyac duyan əməkdaşlardandır. Bu fikri Rusiya ilə Arktikada işləyən Norveçin “Statoil” şirkəti haqında da söyləmək mümkündür. Barens dənizindəki ərazilər uğrunda Rusiya ilə Norveç arasında gedən 40 illik mübahisə, nəhayət, 2010-cu ildə öz həllini tapıb. Rusiya sözsüz ki, fransız şirkətini çox yüksək qiymətləndirir, ancaq onların da güclü rəqibləri var. Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində çinlilər nəinki iri qaz kəmərinin çəkilişində iştirak etməyə başladılar, onlar həmçinin bu işdə idarəedici səhmdara da çevrildilər. Energetika - siyasətin və iqtisadiyyatın bir-biriylə çox sıx şəkildə birləşdiyi bir sahədir. ”Total” birmənalı olaraq Fransa-Rusiya dialoqunda başlıca açar rolunu oynayır.
Fransa prezidentinin Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Jan Pyer Şevenman da Moskva barəsində təxminən Kristof de Marjeri ilə eyni mövqeni müdafiə edir. ”Total”-ın Rusiya hakimiyyəti və enerji şirkətləri ilə münasibətləri qarşılıqlı əlaqələrə söykənir və aydındır ki, bu da öz növbəsində güclü ittifaq yaratmaya bilməz. Hər iki imperiya (sənaye və siyasi) bir-birlərindən çox möhkəm yapışıblar.
Tərcümə etdi: Vaqif NƏSİBOV

Şərhlər