Hindistan və Çin orduları Qoqra rayonunda (şərqi Ladakh bölgesinde)15 aylıq qarşıdurmadan sonra geri çəkilmə prosesini başa çatdırıb. Bu barədə avqustun 6-da «Press Trust of India» İnformasiya Agentliyi xəbər verib.
Agentlik xəbər verir ki, ordular mərhələli şəkildə avqustun 4-ü və 5-də geri çəkilib. Hər iki tərəfin yaratdığı infrastruktur isə sökülüb. Orduların geri çəkilməsi tərəflərin komandanlıq nümayəndələrinin danışıqlarının gedişində əldə olunan razılaşmaya uyğun olaraq həyata keçirilib.
Danışıqlar iyulun 31-də Çuşul-Moldoda (şərqi Ladakx) keçirilib.
Xatırladırıq ki, Çinin və Hindistanın sərhədyanı rayonlarında gərginlik «dalğası» 2020-ci ilin yazında – may ayında Ladakh dağ rayonunda (iki ölkənin sərhədi) başlayıb və hər iki tərəfdən itkilərə səbəb olub.
Hindistan və Çin bu rayona ağır artileriya, tanklar və aviasiya yeridib. O vaxtdan bəri Pekin və Dehli dəfələrlə bir-birini sərhəd pozuntusunda və təxribatlarda günahlandırıb. KİV isə hər iki tərəfdən itkilər barədə xəbərlər yayıblar, amma hərbçilər bu xəbərləri təsdiqləməyiblər.
“AzPolitika.info”


Şərhlər