Menu

"Taliban" Əfqanıstanın iki əyalətini ələ keçirdiyini açıqlayıb

07.08.2021, 15:41
"Taliban" Əfqanıstanın iki əyalətini ələ keçirdiyini açıqlayıb

“Taliban” qruplaşması Əfqanıstanın cənub-qərbində yerləşən Nimruz və şimalındakı Cauzcan əyalətlərinə nəzarəti ələ keçirdiyini elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə avqustun 7-də qruplaşmanın tviter səhifəsində məlumat yayılıb.

Qruplaşma Cauzcanın mərkəzi Şiberqan şəhərində yerləşdiklərini bildirib. Bir gün əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi Şiberqanın “Taliban”dan təmizləndiyini açıqlamışdı.

Qeyd edək ki, Əfqanıstanın 34-də əyaləti var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol