Menu

DİN-dən Tahir Kərimlinin oğlu ilə bağlı çıxışına reaksiya

07.08.2021, 22:09
DİN-dən Tahir Kərimlinin oğlu ilə bağlı çıxışına reaksiya

Millət vəkili Tahir Kərimli orduda xidmət edən oğlunun təhlükəsizliyindən narahat olduğunu bildirib. Bu barədə deputat “Reaksiya TV”yə verdiyi müsahibədə deyib. Kərimlinin sözlərinə görə, Milli Məcslisdəki məlum çıxışından sonra həmkarları onunla hətta liftə belə minmirlər, onu övladlarının toyuna dəvət etməyiblər.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, millət vəkili Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır:

“Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək. Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir”.

Qeyd edək ki, daha əvvəl T. Kərimlinin Milli Məclisin plenar iclasında esk-həmkarı Eldəniz Səlimovun müdafiəsinə qalxaraq, “polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” deməsi müzakirələrə səbəb olmuşdu.

Şərhlər

Elmira 2021-08-09 09:51:59

Kərimli həm aktyordur, həm "isteriçka" dır.Hələ AXCP vaxtında MM-də öz çıxışları ilə zəhləmizi tökürdü. Kim!? onu yenə Milli Məclisə saldı??? Ar olsun bu adama!!!

Xəstə 2021-08-08 15:18:30

bu adam aktyordur

Niyaməddin 2021-08-08 00:58:59

Lotuluq, sərxoşluq edən həmkarının haqsız yerə tərəfini tutmazdan əvvəl bütün bunları fikirləşməli idin. Görünür sən və sənin kimilərin müdriklik qabiliyyəti yoxdur.

Nuru 2021-08-07 22:26:42

Səy səy danışıb ayının yadına daş salır. Bunu cəmdəyi ilə, yaxud OGLUM ilə kimin nə işi var.Ahlına gələni danışır sonra da dızqaxlıgı tutur, qalır qaşına qaşına. Vallah bunda ağıldan kəmlik var....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol