Menu

KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTIR - 7 nəfər vəfat edib

08.08.2021, 20:55
KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTIR - 7 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 220 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 351 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 025 nəfər müalicə olunaraq sağalıb, 5 063 nəfər vəfat edib. 11 737 nəfər aktiv xəstə sayını təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 578, bu günə qədər isə ümumilikdə 4 116 768 test icra olunub.

Şərhlər

Adem 2021-08-09 07:10:27

Bəs peyvəndin xeyri nədir???

t.ədalət 2021-08-08 21:13:34

Əhalinin yarıdan çoxu peyvəndlənib.Bəs,peyvəndin köməyi olmur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol