Menu

Türkiyədə daha bir avtobus qəzası olub - 6 nəfər ölüb

08.08.2021, 22:06
Türkiyədə daha bir avtobus qəzası olub - 6 nəfər ölüb

Türkiyənin İzmir şəhərində Kemalpaşa rayonunda mikroavtobus qəzaya uğrayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, İzmir valisi Yavuz Səlim bildirib ki, içərisində türbə ziyarətindən dönən sərnişinlərin olduğu avtobus idarəetməni itirərək dərəyə aşıb.

Nəticədə 6 nəfər ölüb, çox sayda sərnişin yaralanıb.

Qeyd edək ki, dünən gecə saatlarında Balıkəsirdə baş verən ağır yol qəzası nəticəsində 15 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol