Bakı-Minvod reysi üzrə hərəkət etməli olan təyyarə gecikib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk hesabında yazıb.
Xalq şairinin sözlərinə görə, 200 nəfər Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır Minvoda uçmaq üçün təyyarə gözləyirlər:
"Bir o qədər insan da o başda Bakıya uçmaq üçün təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur".
Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, gecikmə texniki səbəblərə görə olub:
"Minvoda uçuş böyük təyyarə ilə planlaşdırılmışdı. Texniki səbəblərə görə bu, baş vermədi. Qərara alındı ki, iki ayrı təyyarə ilə uçuş həyata keçirilsin. Artıq təyyarəyə minik başlayıb".


Şərhlər
Eh Sabir müəllim biz Naxçıvan camaatı 30 ildir bu zülmü çəkirik siz 10 saata dözə bilmirsiz. Biz günlərinənə 40-45 dərəcə istini ya da soyuqda bilet ala bilmirik ya da biletimiz olsa bele gözləyirik