Menu

“TEZLİKLƏ PREZİDENT POSTUNDAN GEDƏCƏM” – Lukaşenkodan gözlənilməz açıqlama

09.08.2021, 17:23
“TEZLİKLƏ PREZİDENT POSTUNDAN GEDƏCƏM” – Lukaşenkodan gözlənilməz açıqlama

“Lukaşenkonun vəzifəsindən gedəcəyi vaxtı axtarıb tapmağa ehtiyac yoxdur. Tezlıiklə bu, olacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

“Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsüsündən dördəlli yapışmışam. Yox. Məndən sonra da adamlar gələcək. Hətta tezliklə. Ancaq siz bu dəyişikliyin vaxtı ilə bağlı narahat olmayın. Lukaşenkonun nə vaxt gedəcəyini tapmacaya çevirməyin. Bu, çox tezliklə olacaq”, - deyə Aleksandr Lukaşenko bildirib.

Belarus Prezidenti bildirib ki, bir il əvvəl ölkə siyasi təlatüm yaşadı və həmin hadisələr ölkəyə başçılıq edə biləcək 15-20 nəfərin olduğunu sübut etdi.

Qeyd edək, Aleksandr Lukaşenko 1994-cü il iyunun 20-dən Belarusun prezidentidir.

Şərhlər

Veteran 2021-08-12 11:14:40

Cəhənnəmə get,gora get.Onsuzda sənində ,tacikistanın da, türkmənistanında sifətinə nəinki o xalqlar,bizdə bezmişik

Vətəndaş 2021-08-09 18:59:19

Getməsən Qəddafinin Çauşevskinin ya başqa Diktarların yaşadıqlarını yaşayacaqsan

Özgür 2021-08-09 18:24:49

tülkü!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol