Menu

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı açıqlanıb

09.08.2021, 17:36
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı açıqlanıb

Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 5970 nəfər təşkil edir.

APA-nın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib.

Qeyd edilib ki, eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 1833 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 3556 nəfərdir.

Şərhlər

Səid 2021-08-09 17:51:34

Maraqlı statistikadır, narkodispanserdə qeydiyyatda olan 1000 nəfər, həbsdə olan narkotik satıcıları 5000 nəfər!!! Hər narkomana 5 satıcı düşür! Kimi aldadırsan bu statistik məlumatlarla????!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol