Menu

Erməni müğənni Xankəndində konsert təşkil etdi - Plakatlarını cırdılar (VİDEO)

09.08.2021, 18:21
Erməni müğənni Xankəndində konsert təşkil etdi - Plakatlarını cırdılar (VİDEO)

Rus sülhməramlılarının və separatçıların nəzarətində qalan ərazimizdə - Xankəndində erməni müğənni Andrenin konserti təşkil olunub.

“AzPolitika.info” xəbər verir ki, avqustun 8-nə təyin olunmuş konsert qalmaqala səbəb olub.

Belə ki, Xankəndindəki erməniləri ruhlandırmaq üçün təşkil edilən tədbirdən öncə insident yaşanıb. Övladı son 44 günlük müharibədə itkin düşmüş ermənilərdən biri müğənninin şəkli əks olunmuş reklam plakatını cırıb. O, bu zaman “nə vaxt mənim uşağımı qaytarsalar, o zaman konsert verərlər”, deyə bildirib. Erməni mətbuatı yazır ki, Xankəndində konsert təşkil olunmasına həmin ermənilə yanaşı övladları həlak olmuş və itkin düşmüş digər valideynlər də etiraz ediblər.

Bundan sonra müğənni konsertin formatını dəyişməli olub. O, mətbuata açıqlamasında bu tədbirin konsertdən daha çox yerli sakinlərlə görüş xarakterli olacağını bildirib. Mətbuat yazır ki, nəticədə sözügedən tədbir çox sönük keçib və orada daha çox matəm məzmunlu bir neçə mahnı, eləcə də qondarma qurumun “himni” səsləndirilib.

Qeyd edək ki, müğənni Andre ABŞ-da yaşayır. Onun Xankəndində necə peyda olmasına və konsert təşkil etməsinə isə rus sülhməramlıları aydınlıq gətirsələr, pis olmaz...

Cəlal

“AzPolitika.info”


Şərhlər

Camaat 2021-08-09 23:26:00

Bu erməni dığalarını,ağaları rus köpəkləri ilə birlikdə nəinki Azərbaycandan Bütün QAFQAZDAN cıxarıb RƏDDedəcəyik .Az qalıb.

Özgür 2021-08-09 18:52:36

bunların boyuna qamış ölçüm!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol