Gədəbəydə yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Saratovka kəndində qeydə alınıb. İlkin məlumata görə, avtomobilin dərəyə aşması nəticəsində azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onların arasında vəziyyəti ağır olanlar da var.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər