«Taliban» hərəkatının döyüşçüləri jurnalistləri öldürürlər və girov götürürlər.
Bu barədə avqustun 9-da hakimiyyət nümayəndələrinə istinadla «Khaama Press» agentliyi xəbər verib.
«Paktia Ghag» radiostansiyasının baş redaktoru Tufana Omari Paktiya əyalətində taliblərin qurbanı olub. Ona Kabildə hücum edilib. Daha bir KİV rəhbəri - «Boost» radiostansiyasının baş redaktoru Himamatulla Hemat Host əyalətində döyüşçülər tərəfindən ələ keçirilib.
«Taliban» hazırda Hilment əyalətinin bütün rayonlarına nəzarət edir və Ləşkərah şəhərinin inzibati mərkəzini tutmağa cəhd göstərir.
Xəbər verildiyi kimi, ötən həftə taliblər hökumət informasiya mərkəzinin KİV-lə əlaqə üzrə başçısı Davaxan Minapalı Kabildə öldürüblər. Bundan əvvəl, taliblərin nümayəndəsi Süheyl Şahin «Associated Press» agentliyinə müsahibəsində vəd etmişdi ki, onlar əfqan jurnalistləri, o cümlədən qərb KİV-nə işləyənləri təqib etməyəcəklər.
Hətəkatın digər nümayəndəsi Zabihulla Mücahid öz Tvitter-akkauntunda iddia ilə çıxış edib ki, əfqan KİV-ləri və jurnalistləri guya ölkədə hadisələri birtərəfli işıqlandırırlar və hökumətin mövqeyini müdafiə edirlər.
Bu ilin birinci yarısında taliblər KİV-in 20-dən artıq əməkdaşını, o cümlədən 8 qadını öldürüblər, onlarla jurnalisti divan tutmaqla hədələyiblər.
AzPolitika.info


Şərhlər