Menu

Azərbaycan ordusunun həlak olan zabiti dəfn edildi - FOTOLAR (Yenilənib)

10.08.2021, 12:56
Azərbaycan ordusunun həlak olan zabiti dəfn edildi - FOTOLAR (Yenilənib)

Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçusu dəfn edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev Oğuz rayonunun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.

11:04

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayevin nəşi doğulduğu Oğuz rayonunun Calut kəndinə gətirilib.

1999-cu il təvəllüdlü, İ.Babayevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Daha sonra zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Vida mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Şərhlər

Xalq 2021-08-10 16:37:15

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol