Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov peşə təhsili alan şəxslərin hərbi xidmətdən möhlət hüququ barədə məsələyə aydınlıq gətirib.
APA-nın məlumatına görə, Ceyhun Kərəmov bildirib ki, bununla bağlı hazırda qanunvericilik təşəbbüsləri irəli sürülüb:
"Hazırda qanun layihəsinə baxılır. Yüksək texniki peşə ixtisaslarına daxil olan şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi ilə bağlı qanuna dəyişiklik təklifi vermişik".


Şərhlər