Menu

“İKİ AYDIR İŞSİZƏM...” – “İlərlə bu əzaba düçar olanlar nələr çəkirmiş”

10.08.2021, 16:15
“İKİ AYDIR İŞSİZƏM...” – “İlərlə bu əzaba düçar olanlar nələr çəkirmiş”

"İkinci aydır ki, işsizəm, iqtisadçı kimi işsizliyin yaratdığı fəsadları dərindən bilməyimə baxmayaraq, bu sosial bəlanı ilk dəfədir ki, gerçək həyatda yaşayıram, işsizlərin problemlərini praktikada sınaqdan keçirirəm. Fikirləşirəm ki, illərlə bu əzaba düçar olanlar, görün nələr çəkirmiş, xüsusilə də Bakı kimi bahalı şəhərdə yaşayanlar".

"AzPolitika.info" xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbdaoğlu sosial şəbəkədəki hesabında yazıb. O, uzun müddət ABŞ-ın tanınmış universitetlərində çalışıb, ötən ay Azərbaycana qayıdıb.

İqtisadçı xatırladır ki, işsizlərə müavinət və ya iş yerləri təklif etmək, hər kəsin yaşayış hüququnu təmin etmək, uşaqların, əlillərin, ahılların, aztəminatlıların sosial qayğısını çəkmək hakimiyyətin ən ümdə vəzifəsidir. "Özümü nəzərdə tutmuram, mənim hakimiyyətdən heç bir gözləntim yoxdur", - deyə Q.İbadoğlu əlavə edib.

"AzPolitika.info"

Şərhlər

Camaat 2021-08-11 11:07:44

....Səttar Mebalıyev "əliaçıq" adamdır.Mütləq köməklik edəcək. Öz başı....

Niyaməddin 2021-08-11 00:03:35

Qubad İbadoğluna təşəkkür edirik, minnətdarıq. .... Ən ağıllı kapitalist işçisinə, vətəndaşına qiymət verən, onun rifahını fikirləşən kapitalistdir.

İ.Mustafaoğlu 2021-08-10 22:42:13

Doqquz ildir ki, Şəki İHB-ı Elxan Usubovun qanunsuz qanunsuz sifarişi əsasında işsizlik həyatı yaşayıram .Respublika Dövlət Əmək Müfəttişliyi tərəfindən Əmək müqaviləmin qanunvericilitin tələbləri kobud qaydada pozularaq xitam verilməsi bildrilməsinə baxmayaraq Rabitə Nazirliyi tərəfindən sifarişçiyə öz sədaqətliklərini göstərmək naminə saysız-hesabsız müraciətlərimə əhəmiyyət verilməmişdir. PA bir neçə dəfə qəbulda və cənab Prezidentin ünvanına saysız-hesabsız (sayını artıq itirmişəm) müraciət etməyimə baxmayaraq heç br müsbət nəticəsi olmamışdır. Hər ayda ən azı 3-4 dəfə müraciət etmişəm.Məhkəməyə də müraciət etdim, Rabitə Nazirin birinci müavini Əli Abdullayev rəsmi qaydada məhkəməyə təsir göstərdi. Hakim qanuna yox, Əli Abdullayevin sfarişini yerinə yetirdi. Peşəkar, qüsursuz rabitəçi-maliyyəçi olmağıma baxmayaraq müraciətimə baxan məmurla üzləşmədim ? Yeni təyin olunmuş Nazirin qəbuluna düşmək üçün bir-neçə dəfə müraciət etməyimə baxmayaraq, nazirliyin ətrafı imkan verməyirki cənab Nazirlə görüşüm ? İnsan haqları bu vəziyyətdədir ! ?

A.Məmmədov 2021-08-10 18:16:11

On ildir işsizəm. Hacıbala Abutalıbovun qanunsuz əməllərinə qarşı mübarizə apardığım üçün işdən azad edilmişəm. Dörd il məhkəmələrdə mübarizə aparmışam, heç nəyə nail ola bilməmişəm. Prezidentə 2041 dəfə müraciət etmişəm. Bu on ildə təxminən iki gündə bir dəfə müraciət etmək deməkdir. Bu müraciətlərə məhəl qoyulmayıb. Elmlər doktoruyam. yaşadığımız ğlkədə insan haqları bu vəziyyətdədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol