Menu

ETSN rəsmisindən həyəcan təbili: “Temperatur 50 dərəcə ola bilər”

10.08.2021, 16:55
ETSN rəsmisindən həyəcan təbili: “Temperatur 50 dərəcə ola bilər”

“Son 20-30 ildə havanın temperaturu 1,4 dərəcə artıb”. Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, yay aylarında gündəlik havanın temperaturu ilə bağlı proqnoz verdikdə görürük ki, bəzi günlərdə havanın temperaturu orta aylıq göstərici ilə müqayisədə 4-5 dərəcəyə çox olub: “Bu, artıq maksimal qiymətlərin kəskin olmasını göstərir. Əvvəllər Bakıda havanın 38-39 dərəcə olmasını kəskin olaraq göstərirdiksə, indiki dövrdə bəzi günlərdə temperaturun 43-44 dərəcə olduğu müşahidə edilir.

Əgər müəyyən addımlar atılmasa, 30-40 ildən sonra havanın temperaturu 48-50 dərəcə ola bilər”.

O qeyd edib ki, iqlim dəyişmələrinə səbəb olan sənaye az karbonlu texnologiya tətbiq etməlidir.

Şərhlər

Oxucu 2021-08-12 14:59:16

Şəkiyə təyin etdikləri kadr (Namiq) çox mətləblərdən cavab verir ?

qaraguruh 2021-08-10 21:11:04

50=ni çoxdan keçmişik ay bala

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol