Menu

Türkiyədə bu gün koronavirusdan 124 nəfər ölüb

10.08.2021, 23:46
Türkiyədə bu gün koronavirusdan 124 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 124 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 264 647 nəfər test edilib, onların 26 597-nin koronavirus testi pozitiv nəticə verib, 14 954 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 79 014 674 peyvənd tətbiq edilib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca COVID-19 infeksiyasının sürətlə yayılmaması üçün peyvənd olunmanın vacibliyini bir daha vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol