Menu

Məşhur smartfon istehsalçısı robot it təqdim etdi – FOTOLAR

10.08.2021, 23:52
Məşhur smartfon istehsalçısı robot it təqdim etdi – FOTOLAR

Çinin texnoloji nəhəngi “Xiaomi” yeni dördayaqlı məhsulunu təqdim edib. Bu barədə “The Verge” internet-jurnalı yazıb.

“CyberDog” adlı robot-it saatda 12 km/saat sürətlə gəzə və geriyə salto tullanışı edə bilir. Çəkisi 3 kq olan robot kameralar, sensorlar, GPS modul və “balıq gözü” adlanan genişbucaqlı obyektivlə təchiz olunub.

Robot ABŞ-ın “Nvidia” şirkətinin “Jetson Xavier” süni intellekti bazasında hazırlanıb. “CyberDog”un qiyməti 1540 dollardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol