Menu

Səhiyyə Nazirliyi vətəndaşlara üçüncü doza peyvənd vurdurmağı tövsiyə edib

11.08.2021, 15:44
Səhiyyə Nazirliyi vətəndaşlara üçüncü doza peyvənd vurdurmağı tövsiyə edib

“Koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur. Ona görə də iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tösiyə edilir”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “İlk növbədə, səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib”.

Mütəxəssis bildirib ki, istənilən vaksin növündən üçüncü dozanın vurulmasında istifadə oluna bilər.

Şərhlər

Vətəndaş 2021-08-11 23:00:20

Bu zəhəri az yeridin bu millətin bədəninə. Bu kitay-rus vaksini bu milləti qırıb qurtaracaq

ssk 2021-08-11 20:31:44

Nə üçüncü doza,dolamısız camaatı?

Xalq 2021-08-11 19:22:03

3-cü dəfə vaksin vurduranda başqa vaksindən istifadə etmək olarmı?

vətəndaş 2021-08-11 17:33:41

Yaxşı olardı ki, toyları yığışdıraydılar. Yoluxmaqların 70 faizi toy mərasimlərində olur. 30 manata polis covid pasportu olmayanları zala buranda bilmirdilər ki. belə olacaq. Kütləvi yoluxmalar toylara icazə veriləndən sonra başladı.

Zanzibar 2021-08-11 16:26:18

Belke 5 doza vurag?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol