Menu

I qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi - FOTO

11.08.2021, 16:04
I qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi - FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) 1-ci ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb.

Bu qrup üzrə ən yüksək nəticəni Əbil Şəfiyev göstərib. O, DİM-in 2020-2021-ci il tədris ili üzrə keçirilən qəbul imtahanında 697,1 bal toplayıb. Birinci qrupun lideri - Əbil Şəfiyevin seçimi isə Bakı Ali Neft Məktəbi (BANM) olub.

Bakı Ali Neft Məktəbi yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu Ali Məktəbdə təhsil almaq istəyirlər.

Qeyd edək ki, Əbil Şəfiyev Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbi bitirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol