Menu

AZƏRBAYCAN İRANA ETİRAZ NOTASI VERDİ - Rəsmi açıqlama

11.08.2021, 16:47
AZƏRBAYCAN İRANA ETİRAZ NOTASI VERDİ - Rəsmi açıqlama

İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Bu barədə XİN məlumat yayıb.

Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.

Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub.

Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb.

Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.

Şərhlər

Niyaməddin 2021-08-12 01:00:47

İran bizim düşmənimiz olub, düşmənimizdir, belə davam edərlərsə, düşmənimiz olaraq qalacaqlar. Onlara zərrə qədər meyl edənlər isə vətən xainləridir. Allahu Təala iran dövlətini yerin dibinə batırsın, rəzil-rüsvay olsunlar. Siz jurnalistlərdən xahiş edirik ki, Paşazadənin fikrini öyrənəsiniz! Təbii ki, iç üzü yenə bilinəcək!

qaraguruh 2021-08-11 22:02:30

İrandan-xeyir gözləyənlər-Azərbaycana canı yanmayanlardı--İranı dostluqdan silin və düşünün ki ermənistandır--vəssalam--nala mıxa döymək lazım deyil-iransız məhv olacayıqsa qoy bu başdan məhv olaq

Xalq 2021-08-11 20:07:40

irana Xocalı soyqırımını tanımaq üçün müəyyən vaxt verilməlidir, əgər tanımasa İsraildə Azərbaycan səfirliyi açılmalıdır mütləq!

ELSAD 2021-08-11 17:02:34

Hani,bes pawazade deyirdi ki,Qarabaqi Iranin fetvasi ile azad etmiwik.Iran adi gelende dodaqlari catlayanlar bu melumati bir daha oxusunlar,bir zehmet...

Eko 2021-08-11 17:01:56

Davno nado bilo !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol