Menu

"Taliban" Şiberqan və Fərəh aeroportlarını ələ keçirib

11.08.2021, 20:48
"Taliban" Şiberqan və Fərəh aeroportlarını ələ keçirib

Əfqanıstan hökumət qüvvələrinin bir müddət əvvəl geri aldıqları Şiberqan və Fərəh şəhərlərinin hava limanları “Taliban” tərəfindən ələ keçirilib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu radikal “Taliban” hərəkatının nümayəndəsi Zabiullah Mücahid açıqlayıb.

“Şiberqan hava limanı təzəlikcə zəbt edildi. Düşmən ağır itki verib qaçdı... Həmçinin Fərəh hava limanı da ələ keçirildi”, - deyə Mücahid “Twitter” səhifəsində yazıb.

Təşkilatdan verilən məlumata görə, onlarla əfqanıstanlı əsgər hava limanları ələ keçirdikdən sonra postlarını tərk edərək hərəkata qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol