Menu

Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı yenilik

12.08.2021, 12:47
Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı yenilik

Vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, neqativ halların aradan qaldırılması, eləcə də məhkəməyə daxil olan zənglərin vahid mərkəzdən idarə edilərək cavablandırılmasında operativliyin təmin edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb.

Belə ki, “Çağrı Mərkəzi” həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Məhkəməyə üz tutan vətəndaşlar müraciətlərini 012-526-26-26 və 1926 qısa nömrəsi ilə çağrı mərkəzinin “Qaynar Xətt”inə ünvanlaya bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol