Pakistan «Qəznəvi» ballistik «yer-yer» raketinin uğurlu təlim atışını həyata keçirib.
Bu barədə avqustun 12-də «Dawn.com» nəşri xəbər verib.
Təlim atışının məqsədi quru qoşunları strateji qüvvələri komandanlığının döyüş hazırlığının təmin olunması və silah sistemlərinin texniki parametrlərinin yoxlanması olub.
«Qəznəvi» raketi bir neçə tip döyüş başlığını 290 kilometr məsafəyə daşıya bilir.
AzPolitika.info


Şərhlər