Menu

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

13.08.2021, 12:49
Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Rusiyada son sutka ərzində daha 22 277 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 6 557 068 nəfərə çatıb.

Son sutka ərzində 815 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu rəqəm pandemiya başlayandan sutkalıq ölüm sayında rekord sayılır.

Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 168 864 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol