Menu

Ukrayna dairəsində yeni turbo tipli dairə quraşdırılacaq

13.08.2021, 22:02
Ukrayna dairəsində yeni turbo tipli dairə quraşdırılacaq

"Ukrayna dairəsi ümumiyyətlə standartlara uyğun deyil".

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, dairənin içində 7-8 zolaq var: "Hansı ki nə girişdə, nə də çıxışda o qədər zolaq yoxdur. Bu problemi həll etmək üçün mütəxəssislərimiz tərəfindən yeni turbo tipli dairə layihəsi hazırlanıb. Biz bu layihəni hazırlayıb dövlət qurumlarına göndərəcəyik. Düşünürük ki, razılıq əldə olunduğu halda problemin həlli mümkündür”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol