Birləşmiş Millətlər Təşkilatı (BMT) ali komissarının qaçqınların işi üzrə İdarəsi (QİÜİ) qonşu ölkələri Əfqanıstanla sərhədləri bağlamamağa çağırıb.
Bu barədə Cenevrədə QİÜİ-nin nümayəndəsi Şabiya Mantu bəyan edib.
«QİÜİ qonşu ölkələri Əfqanıstanda böhranın kəskinləşməsi fonunda sərhədləri açıq saxlamağa çağırır - Mantu deyib - 400 minə yaxın mülki şəxs bu ilin əvvəlindən öz evlərini tərk etməyə məcbur olub».
2020-ci ilin sonuna olan məlumata görə, ölkədə 2,9 milyon daxili köçkün qeydə alınıb. Mantunun sözlərinə görə, öz ökələrinin sərhədlərindən kənarda olan əfqanlar beynəlxalq müdafiəyə ehtiyac hiss edə bilərlər, ona görə də bütün dövlətlər olnarın indiki statusda təhlükəsizliyi üçün imkanları təmin etməlidirlər.
BMT humanitar məsələlərin koordinasiyası üzrə İdarəsinin rəsmi nüyəndəsi Yens Larke xəbər verib ki, 2021-ci ilin birinci yarısında BMT və onun həmkarları Əfqanıstanda 8 milyon insana yardım göstəriblər. Bu zaman idarə hətta «Taliban» radikal hərəkatı ilə də qarşılıqlı fəaliyyət göstərməyə hazırdır - əgər bu, ehtiyacı olan insanlara çıxış yaratmağa kömək edərsə.
BMT hələlik öz personalını Əfqanıstandan çıxarmağa başlamayıb, amma gözlənilməz hallar üçün planlar var. Hazırda orada ümumilikdə 300 əməkdaş var, qalanları pandemiya səbəbilə məsafədən işləyir.
AzPolitika.info


Şərhlər