Yaponiya hakimiyyəti 2,99 milyona yaxın ölkə sakininə davamlı yağışlar səbəbilə, təxliyə barədə xəbərdarlıq göndərib. Yağışlar ölkədə sürüşmələr və çayların sahildən çıxması təhlükəsi yaradıb.
Bu barədə avqustun 13-də «NHK» telekanalı xəbər verib.
Qeyd olunur ki, bu tövsiyə Fukuoka, Saqa, Naqasaki, Kumamoto, Oita və Kaqosima, Xirosima və Simanaenin qərb rayonlarına aid edilir.
Gözlənildiyinə görə, bu rayonlarda üzücü leysanlar şənbə gününə qədər davam edə bilər, bu zaman gün ərzində 300 mm-ə qədər yağıntı düşə bilər.
Ekstremal hava şəraiti səbəbilə zərərin meydana gəlməsi ilə əlaqədar Baş nazir Yosixide Suqa avqustun 13-də uyğun nazirliklərə və idarələrə tapşırıb ki, yerli əhalinin həyatının müdafiəsi üçün lazımi tədbirləri görsünlər.
AzPolitika.info


Şərhlər