Menu

“Psixologiya elmini də fəlsəfənin gününə salmışıq” – Təhsil eksperti

14.08.2021, 12:34
“Psixologiya elmini də fəlsəfənin gününə salmışıq” – Təhsil eksperti

"Fəlsəfə elmini ali məktəblərdə tədrisdən sıxışdırıb çıxarmaq çox səhv addımdır".

"AzPolitika.info" xəbər verir ki, bunu təhsil eksperti, deputat Etibar Əliyev sosial şəbəkədəki hesabında yazıb.

Millət vəkili qeyd edib ki, universitetlərin əksəriyyətində düşüncə və idrakın elmi olan fəlsəfəni təhrif olunmuş formada tədris edirlər. "Məhz belə hallar sayəsində elmlərin şahı gözdən salındı. Fəlsəfəyə bu cür yanaşmanın müəllim hazırlığı və digər peşələr üzrə kadr hazırlığına mənfi təsiri danılmazdır", - deyə millət vəkili vurğulayıb.

Təhsil eksperti daha sonra yazıb ki, bir çox universitetlərdə kafedralar bağlanıb. Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində fəlsəfə artıq orta məktəblərdə tədris olunur. Millət vəkli hesab edir ki, fəlsəfənin bu günə düşməsinin əsas səbəblərindən biri də onu "Dialektik materializm"in şinelindən çıxara bilməməyimiz oldu: "Dünya universitetlərində fizikanın fəlsəfəsi, riyaziyyatın fəlsəfəsi, elmin fəlsəfəsi, süni intellektin fəlsəfəsi, biologiyanın fəlsəfəsi və s. kimi fənlər tədris olunur. Heç təsadüfi deyil ki, elmi dərəcələr veriləndə istiqamətlərin qarşısına "fəlsəfə doktoru" ifadəsi yazılır. Fəlsəfəni bilməyə-bilməyə fəlsəfə doktoru?"

Etibar əliyev xatırladır ki, Moskva Dövlət Universitetində fəlsəfə istiqaməti özündə 16 kafedranı birləşdirir: "Diqqət edin: Məntiq, Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi, Ontologiya və idrak nəzəriyyəsi, Sosial fəlsəfə və fəlsəfə tarixi, Fəlsəfə və elmin metodologiyası, Etika, estetika, rus fəlsəfəsinin tarixi, Qərb fəlsəfəsi tarixi, Din fəlsəfəsi və dinşünaslıq, Antropologiya fəlsəfəsi, Siyasətin və hüququn fəlsəfəsi, Dil və kommunikasiyanın fəlsəfəsi, Təhsilin fəlsəfəsi, Humanitar elmlərdə fəlsəfə, Təbiət elmlərində fəlsəfə".

Millət vəkili daha sonra vurğulayıb ki, ali təhsil üçün son dərəcə zəruru olan psixologiya elmini də fəlsəfənin gününə salmışıq: "Görkəmli maarif xadimi, akademik Mehdi Mehdizadə haqlı olaraq deyirdi: "Pedaqogika və psixologiya müəllimin qoşa qanadı olmalıdır. Bu olmadan müəllim yaxşı tərbiyəçi də ola bilməz".

"AzPolitika.info"

Şərhlər

Etibar bəyə 2021-08-14 12:54:20

Fəlsəfə elmini,onin bölümlərini anlamayanlar ümumiyyətlə fəlsəfənin nə olduğunu düşünmək qabiliyyətində deyillər.Məsələn,Tibb üzrə .bologiya,mfizika üzrə fəsəfə doktoru adı nə deməkdir? Məgər b tibb işçiləri və digərləri fəlsəfə elmini bilir?Bu hoqabazlığı kim və nə məqsədlə yaradıb.Bu məsələ niyə araşdırılmır?qkə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol