Menu

Kürdəmirdə minik və yük avtomobilləri toqquşub - 3 nəfər ölüb, 2 nəfər yaralanıb

14.08.2021, 16:53
Kürdəmirdə minik və yük avtomobilləri toqquşub - 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

"Report'un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi "166" yükdaşıma xidmətinə məxsus "Mercedes" markalı iritutumlu yük maşını Kürdəmir istiqamətində hərəkətdə olan "Mercedes" markalı digər avtomobil arxadan ona çırpılıb.

Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol