Menu

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

14.08.2021, 19:01
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə COVID-19 əleyhinə 68 204 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 370, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 834 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 739 342, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 380 387, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 358 955 təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol