Menu

ABŞ-da Baydenin Əfqanıstanla bağlı faciəli səhvlərini qeyd etdilər

14.08.2021, 20:34
ABŞ-da Baydenin Əfqanıstanla bağlı faciəli səhvlərini qeyd etdilər

Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının bacarıqsız təşkili, habelə Talibanın yeni əraziləri bu sürətlə ələ keçirəcəyinin gözlənilmədiyi ABŞ prezidenti Co Baydenin bölgədəki iki əsas səhvi oldu. Bu barədə “Politico” nəşrinin yazarı Alex Uord yazıb, Lenta.ru bildirir.

Onun fikrincə, 20 illik müharibədən sonra qoşunları geri çəkmək qərarı tamamilə haqlı idi, lakin Bayden administrasiyasının uzaqgörənlik siyasətinin olmaması əsl fəlakətə gətirib çıxartdı - səfirlik işçilərini təxliyə etmək üçün Kabilə təxminən 3000 əsgər göndərməli oldu.

"Vəziyyət ona çatdı ki, ABŞ-ın BMT-dəki səfiri Zalmay Xalizad Talibandan paytaxtda yaraqlıların hücumu baş versə səfirliyə hücum etməməyi xahiş etdi", - deyə Uord yazıb. Müəllif vurğulayıb ki, ABŞ Əfqanıstanın Taliban tərəfindən ələ keçiriləcəyini əvvəlcədən güman edirdi, lakin yaraqlıların bütün ölkəni belə sürətlə ələ keçirəcəyini təsəvvür edə bilməzdi.

Daha əvvəl bildirildiyi kimi, ABŞ-ın Kabildəki səfirliyinin əməkdaşlarına gizli sənədləri, habelə Amerika şöbələrinin dövlət bayrağını və ya loqotiplərini əks etdirən əşyaları məhv etməklə bağlı tapşırıq verilib. Diplomatik korpusdakı mənbələr qeyd edirlər ki, kəşfiyyat məlumatlarına əsasən, yaxın üç-yeddi gün ərzində Kabilin Taliban tərəfindən təcrid olunacağı istisna olunmur.

Şərhlər

Xalq 2021-08-14 21:26:17

bizim üstümüzə 3 super dövlət düşə bilir, ancaq taliblər gələndə dabanlarına tüpürürlər.

Xalq 2021-08-14 21:22:41

bu boyda yer kürəsi 3000-5000 nəfər başı pozuq terrorçularnan bacarmır? məncə taliblər çox şişirdilir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol