Menu

Əhmədli metrostansiyasının qarşısında nə baş verir?... - Taksilər yolu ələ keçirib (VİDEO)

14.08.2021, 22:19
Əhmədli metrostansiyasının qarşısında nə baş verir?... - Taksilər yolu ələ keçirib (VİDEO)

Bakının bir çox yerlərində tıxacların yaranma səbəbi düzgün parklanma etməyən və harda gəldi sərnişin endirib-mindirən taksilərdir. 

Buna sübut ola biləcək görüntülərdən biri redaksiyamıza oxuyucular tərəfindən göndərilib. Avtosfer.az bildirir ki, Əhmədli metrosunun qarşısında dayanan bir manatlıq taksilər böyük tıxaca səbəb olur. Demək olar ki, digər sürücülərin hərəkəti üçün bir zolaqdan da az məsafə qaldığından yolda hərəkət çox çətinləşir. Bir-birinin yanına toplaşan taksilər müştəri toplamaq üçün nə sıraya düzülür, nə də növbələriş. Kim harda müştəri tutsa yoluna davam edir. Hansı zolaqda olması və arxadan gələn avtomobillərin siqnal verməsi önəmli deyil. Çörəkpulu dalınca çıxan taksi sürücülərinin özündən başqasını düşünmədən insanlara bu cür çətinlik yaratmağa haqları varmı? 

Qeyd edək ki, bu cür mənzərə şəhərin bir çox yerində mövcuddur. Yol polisi yolu açmaq və taksiləri nizama salmaq üçün əlindən gələni etməyə çalışır. Lakin görünən odur ki, bu yetərli deyil. Güman edirik ki, bu videodan sonra da Bakı Şəhər Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi məsələ ilə bağlı müvəqqəti deyil, birdəfəlik tədbir görəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol