“Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.
“Report” “TASS” agentliyinə istinadla xəbər verir ki, “Taliban” silahlıları Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alıb.
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval Kabilə hücum edilməyəcəyini, hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bəyan edib.
Öz növbəsində “Taliban” hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçirib və şəhərdən çıxmaq istəyənlərə toxunmayacaqlarını bildiriblər.
Qeyd edək ki, prezident Məhəmməd Əşrəf Qani administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gedib.
***
Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verməyə razılıq verib.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
***
Əfqanıstanda keçid hökuməti yaradılıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Keçid hökumətinə ölkənin sabiq daxili işlər naziri Əli Əhməd Cəlali rəhbərlik edəcək. Prezident Əşrəf Qaninin istefa verdiyi bildirilir.
Qeyd edək ki, Kabildə prezident sarayında Əfqanıstan hakimiyyət nümayəndələri ilə "Taliban" arasında danışıqlar gedir. Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah vasitəçi rolunda çıxış edir.
***
Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
"Taliblər"in bəyanatında qeyd edilir ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb.
Daha əvvəl yayılan məlumata görə. Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək. Hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.

"Taliban" liderləri Kabildə Prezident sarayında

Şərhlər
Day deməyə sözmü qaldı. Amerika Əfqanstan ordusunu fərsizlikdə günahlandırıb. Əcabə bu Əfqan ordusunun fərsizliyimi, yoxsa ABŞ-nın Talibanla pərdə arxası sövdələşməsinin nəticəsimi, yaxud Amerikanın 20 illik fəaliyyətsizliyinin nəticəsimi. Onda dəyərdimi, Əfqan xalqının 50 ildən artıq qanının tökülməsinə. Siz Amerika busunuz. Nəhlət sizə də, sizin "demokratiya və svilizasiyanıza da". Əslində bununla sübut olundu ki, nə Rusiya nə də Amerika göründüyü kimi də "derjavi" deyilmişlər. Bu da o demək ki, hər ikisi daxildən çürüyür.
Talibançılar uzun müddət hakimiyyəti əldə saxlaya bilməyəcəklər.Onlara verməyə Rusiyanın da pulu yoxdur.