Menu

Azərbaycan hərbçiləri Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanını mühafizə edir - MN

15.08.2021, 22:20
Azərbaycan hərbçiləri Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanını mühafizə edir - MN

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol