Menu

Tramp Əfqanıstana görə Baydeni günahlandırıb - "Bu, tam iflasdır"

16.08.2021, 08:20
Tramp Əfqanıstana görə Baydeni günahlandırıb - "Bu, tam iflasdır"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş Prezidenti Donald Tramp Ağ Evin hazırkı başçısı demokrat Co Baydeni Əfqanıstanda yaranmış vəziyyətə görə tənqid edib.

«O (Bayden), Əfqanıstandan qaçır - bizim administrasiya tərəfindən onun üçün qoyulmuş plan üzrə hərəkət etmək əvəzinə. O plan ki, bizim personal və mülkiyyəti qoruyub və zəmanət verib, «Taliban»ın heç fikrində də olmayacaq ki, bizim səfirliyimizi ələ keçirsin və ya ABŞ-a yeni hücumlar üçün yeni baza təmin etsin» - avqustun 14-də axşam ABŞ eks-prezidentinin yayılmış bəyanatında deyilir.

Trampın versiyasına görə, taliblər artıq ABŞ-dan çəkinmirlər və ya ona hörmət etmirlər. «Necə bir biabırçılıq olacaq ki, «Taliban» öz bayrağını ABŞ-ın Kabildəki səfirliyi üzərində qaldıracaq. Bu, zəiflik, qeyri-kompetentlik və tam strateji qeyri-ardıcıllıq səbəbilə, tam iflasdır» - o, izah edir.

AzPolitika.info

Şərhlər

B.Qarabağlı 2021-08-16 09:27:15

ABŞ Kuba, Vyetnam, Əfqanıstan, İraq, Libya və Suriyadakı qarışıq təxribatlı uzun sürən müharibələrdən ümumdünya ictimaiyyatının ikrah hissindən qeyri heç nə qazanmış olmamalı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol