Menu

"Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib" - XİN

16.08.2021, 11:27
"Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib" - XİN

"Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur"

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

Azərbaycan XİN-dən "Report"a daxil olan məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol