Menu

Bakıda məktəb direktoru barəsində cinayət işi başlanılıb

17.08.2021, 16:28
Bakıda məktəb direktoru barəsində cinayət işi başlanılıb

Dövlət büdcəsi vəsaitlərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən mənimsəməsinə dair Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılmış 35.000 manat əmək haqqını mənimsəməsinə əsaslı şübhələr məyyən edildiyindən Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət prosessual qanunvericiliyə uyğun olaraq Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 ədəd əmək haqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Rəhimova Fətdanə Əsədulla qızının qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

"Report" bildirir ki, 62 yaşlı F.Rəhimova 2003-cü ildən həmin məktəbin direktorudur.

Şərhlər

Sabirə 2021-08-20 08:37:43

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaxşı olardı ki Bakı ş. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Qəti Lalənin illər öncə ört basdır edilmiş korrupsiya əməllərini və ona qarşı açılmış, KİV-lərdə işıqlandırılmış cinayət işini araşdırardı! ,

Mərkəzin valideynləri 2021-08-17 22:10:18

Belə çıxır ki korrupsiya ilə baģlı yoxlamalar da qərəzlidir. Yoxsa korrupsiyası sübut olunmuş Qəti Laləyə nənki gözün üstə qaşın var demədilər. Əksinə onu mükafatlandırıb əməkdar müəllim adı da verdilər.

Qönçə 2021-08-17 21:57:54

Bəli, Lalə Qəti haqqında başlamış cinayət işi ört basdır edildi. Halbuki o, illərlə yayda məzuniyyətə gedən əməkdaşların kartlarını onlara verməyir, bir də oktyabr ayında açılmış zərfdə olan boş kartı, yəni pulları çıxarılmış boş kartı direktorun qardaşı arvadı olan təsərrüfat müdiri yazıq, müti əməkdaşlara verirdi. Bəlkə baş prokurorluq bu işi araşdırsa Lalə Qətinin Mərkəzdə etdiyi daha ciddi korrupsiya halları ilə rastlaşacaq. Bir vaxtlar saytlarda da uzun uzadı bu haqda yazılrdı. Sonradan nədənsə müēmmalı şəkildə bütün yazılar silindi. Əməkdaşların dediklərinə görə 3 evindən ikisini və baģını, qaş daşlarını satıb özünu "qurtara" bilim. Həlē əməkdar müəllum adına da "layiq" görülüb.

elmi kadr 2021-08-17 17:06:52

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi zəhmət olmasa AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda da yoxlama aparsın. İnstitut əməkdaşlartının yarıdan çoxu işə gəlmir. Onların əməkhaqqı kartları direktordadır. Bu barədə AMEA-nın həm sabiq, həm də indiki direktoruna dəfələrlə müraciət olunsa da heç yoxlayan da olmayıb. Belə çıxır ki, yoxlamalar da qərəzlidir. Hər adama aid deyil.

müəllimə 2021-08-17 16:38:44

Nəy Bakı ş. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Qəti Laləyə cinayət işi açılmadı? Lalə xanım da iullərlə əməkdaçların , hətta işə gələn əməkdaşların məzuniyyət pullarınıŞ maaşlarını mənimsəmişdi. Maaş kartlarını özündə saxlayırdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol