Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 496 mini keçib

18.08.2021, 10:54
Gürcüstanda koronavirusa yoluxanların sayı 496 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 914 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 496 376, ölənlərin sayı isə 6 432 nəfərə çatıb. Virusa yoluxanlardan 432 506 nəfərin (87%) sağaldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol