Menu

“Qarabağ” Kiyevdə tarix yazdı - Video

24.10.2014, 08:37
“Qarabağ” Kiyevdə tarix yazdı - Video

Avropa Liqasında qrup mərhələsinin III turunda növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.

Ağdam klubu III turun yekun matçında səfərdə Ukrayna “Dnepr”i ilə qarşılaşıb. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionunda maksimum nəticə əldə edib.

Belə ki, “Qarabağ” Dnepropetrovsk klubunu minimal hesabla məğlub edib. Oyunda vurulan yeganə və tarixi qola 21-ci dəqiqədə Muarem Muarem imza atıb.

Qeyd dək ki, F qrupunun digər oyunda isə “İnter”lə “Sent-Etyen” münasibətlərinə aydınlıq gətirib.

Avropa Liqası

Qrup mərhələsi, III tur

F qrupu

"DNEPR” (Ukrayna) – “QARABAĞ” (Azərbaycan) - 0:1

QOL: Muarem Muarem, 21

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol