Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.
Ə.Əzizovun daha bir əmri ilə köməkçi vəzifəsinə Fətullayev Nazim Hüseynalı oğlu təyin edilib. N.Fətullayev daha əvvəl RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
M.Ağayevin hansısa vəzifəyə təyin olunub-olunmadığı hələ açıqlanmayıb.
Xatırladaq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman M.Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.
Ə.Əzizov 2018-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra M.Ağayev burada Hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. Bir neçə gün sonra isə RİH başçısı olan dayısının köməkçisi vəzifəsinə təyinat alıb.
Ə.Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan qısa müddət sonra M.Ağayevi özünün köməkçisi vəzifəsinə təyin etmişdi.



Şərhlər
belə alverçiləri kim vəzifəyə itəliyir ,bilmək olmur,heç onun mükəmməl təhsili belə yoxdur
Bu Icra başçısı hansı ağılla bacı oğluunu özünə köməçi götürüb ki, indi onu azad edir?Ölkədə qanun,nəzart olmayanda beə hallar olar. Nİyə İcra başçılar özbaşına buraxılıb??
Bu Əzizov "sovetski"ni çaldı,çapdı,yüz milyonlar qazandı..
belə alverçiləri kim vəzifəyə itəliyir ,bilmək olmur,heç onun mükəmməl təhsili belə yoxdur