Ölkəni tərk edən Əfqanıstan prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün bu addımı atdığını deyib.
APA xəbər verir ki, Qani bu barədə “Facebook” hesabından etdiyi videomüraciətində bildirib.
O, hazırda Birləşmiş Ərəb Əmirliklərində olduğunu təsdiqləyib: “Kabili tərk etmək məcburiyyətində qaldım, paytaxtda qan tökülməsini istəmədim. “Taliban” paytaxta girəndə çevriliş olduğunu söylədilər, o zaman mən saraydaydım”.
Əşrəf Qani tezliklə ölkəyə dönəcəyinə söz verib: “Mən Birləşmiş Ərəb Əmirliklərindəyəm, amma yaxın gələcəkdə ölkəmə qayıdacağam. Vətənə dönməzdən əvvəl bir sıra məsləhətləşmələr aparıram. Əfqanlar üçün ədalətə nail olmaq üçün səylərimi davam etdirəcəyəm”.


Şərhlər
Buna deyirlər papağın boş qalsın. Siyasətdən xəbəri olmayan, qətiyyətsiz və fərsiz biriniyaxşı ziyalıdı, xaricdə təhsil alıb, nə bilim ingiliscə ərəbcə bilir deyib gətirib başa qoyanda o millətin başına bax beləcə kül olur. Başına gələnlər bunu yaxşı bilir.
Əfqanıstanin Dovlet Budcesini talayan ve korrupsiya ile milyonlarla dollar menimseyibsen Əşrəf Qani , olkeden qachanda , 4 avtomobile doldurulub pullar , hetta , pullari vertolyota da yukleyibler senin adamlarin , amma , xeyli pullar yeleshmeyib vertolyota .......... , bu oqruluq , ziddir ISLAM dininin teleblerine . Sual olunur , Əşrəf Qani , sen hansi esasla geri qayidacaqsan Əfqanıstana ?????