Menu

"Siyasi partiyaların təmsilçiləri seçki komissiyalarında üstünlük təşkil etməlidir" - MSK sədri

19.08.2021, 16:31
"Siyasi partiyaların təmsilçiləri seçki komissiyalarında üstünlük təşkil etməlidir" - MSK sədri

“Komissiyaların səlahiyyət müddəti 5 ildir. MSK Milli Məclis tərəfindən formalaşdırıldıqdan sonra DSK-lar formalaşdırılmalıdır”.

“Report”un xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, DSK-ları formalaşdırmaq MSK-nın müstəsna səlahiyyətidir: “Siyasi partiyaların təmsilçilərinin seçki komissiyalarında üstünlük təşkil etməsinə çalışmaq lazımdır. Bəzi demokratik ölkələr var ki, bizdəki qədər partiya yoxdur. Partiyalar insanların onları tanımasına çalışmalıdır”.

Şərhlər

esger 2021-08-19 16:40:27

Secki Məcəllədə bunların sayı müəyyən olunub ondan artıq necə etmək olar çox maraqlıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol