Menu

“Koronavirusdan ölənlər arasında peyvənd olunan yoxdur” - TƏBİB-dən açıqlama

19.08.2021, 23:29
“Koronavirusdan ölənlər arasında peyvənd olunan yoxdur” - TƏBİB-dən açıqlama

“Reanimasiya şöbələrində müalicə alan, vəziyyəti ağır olan, o cümlədən həyatını itirən xəstələr arasında vaksinasiya olunmuşlar yoxdur”.

Bunu AZTV-də çıxışında TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, onlar hamısı vaksinasiya olunmamış şəxslərdir:

“Bəzən deyirlər ki, filankəs vaksinasiya olunmuşdu, amma yenə xəstələnib. Biz də həmişə deyirik: heç bir vaksin 100 faiz müdafiə etmir. Vaksinasiya olunmuş insanların arasında 5-10 faiz var ki, onlar xəstəliyə yoluxa bilərlər”.

Şərhlər

Vətəndaş 2021-08-20 08:30:31

Vaksinlənmiş ölən ola bilməz ki olmasın. Yoluxanların əksəriyyəti vaksinlənmişlərdir. Özünüz də deyirsiniz dolayısı vaksin qarant vermir. Onda bu girdirmə vaksini bu millətə soxuşdurub milləti niyə zəhərləyirsiniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol