Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır.
APA-nın məlumatına görə, ixtisas seçimi avqustun 20-dən 30-dək Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılacaq.
Həmçinin abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. İxtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərir.
Növbəti həftə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən Mərkəzin “Facebook” səhifəsində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaq
“Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.


Şərhlər
Xaricdə təhsil alanlar üçün online C, C++, C# və Java dərsləri.Məlumdur ki, İnformasiya texnologiyaları (computer science and engineering, microcontroller programming və s.) ixtisasları üzrə bir çox gənclərimiz dünyanın məşhur universitetlərində təhsil almağa üstünlük verirlər. Lakin, orta məktəblərimizdə informatika fənni lazımı səviyyədə tədris olunmadığından, onların 99%-i həmin universitetlərdə proqramlaşdırma fənlərinin əlifbasını belə anlaya bilmir, çətinliklərlə üzləşirlər və çox vaxt təhsillərini davam etdirə bilməyib başqa ixtisas seçməli olurlar. Bir neçə illərdir ki, belə tələbələrlə C, C++, C#, Java proqramlaşdırma dillərini (azərbaycan, ingilis, rus dillərində) Skype-la online tədris edir, gündəlik tapşırıqların və layihələrinin yerinə yetirilməsində və imtahan zamanı program tərtibində köməklik göstərirəm. Tel: 051 921 3676