Menu

“Ölkəmizdə qeydiyyatsız 300 min Əfqanıstan qaçqını var” - Türkiyə Prezidenti

20.08.2021, 17:20
“Ölkəmizdə qeydiyyatsız 300 min Əfqanıstan qaçqını var” - Türkiyə Prezidenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki qeydiyyatdan kənar Əfqanıstan qaçqınlarının sayını açıqlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə rəqəmlərin şişirdildiyini bildirib.

“Əfqanıstandan Türkiyəyə 1,5 milyon qaçqının miqrasiyası barədə deyilənlər yalandır. Hazırda məlumata görə, ölkəmizdə 300 min qeydiyyatsız Əfqanıstan qaçqını var”, - o söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol