Menu

Merkel Kremldə rusca salamlaşıb

21.08.2021, 00:06
Merkel Kremldə rusca salamlaşıb

Moskvada Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında görüş olub. Görüş qeyri-standart başlanıb.

Kremlin mətbuat xidməti görüşdən ilk kadrları dərc edib. Oturmuş Putinin və Merkelin yanına Rusiya XİN başçısı Sergey Lavrov daxil olub. Kansler o saat ayağa qalxıb və baş əyərək, rusca naziri salamlayıb: «Gün aydın!»

Putin də Merkeli isti salamlayıb və deyib: «Biz, sizi Kremldə salamlamağa çox şadıq. Mənim fikrimcə, biz sizinlə bir ildən bir qədər əvvəl Liviya üzrə konfransda görüşmüşük. Görüş Berlində sizin təşəbbüsünüzlə təşkil olunmuşdu. Yeri gəlmişkən, bu işin sayəsində bu istiqamətdə çox iş görməyə nail olduq. Federativ respublika bizim üçün əsas həmkarlardan biri olaraq qalır - həm Avropada, həm də bütövlükdə dünyada - o cümlədən, ötən 16 ildə federal kansler kimi sizin sayənizdə».

Görüşdən əvvəl Angela Merkel Moskvada Naməlum əsgərin məzarı önünə əklil qoyub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol