Menu

“ABŞ-ın sanksiyalarına cavab sərt olacaq” - Mariya Zaxarova

21.08.2021, 21:00
“ABŞ-ın sanksiyalarına cavab sərt olacaq” - Mariya Zaxarova

“ABŞ -ın Rusiya müxalifətinin lideri Aleksey Navalnıy ətrafında yaranmış vəziyyətlə əlaqədar təxribatları rəsmi Vaşinqtonun reallıqla hesablaşmaq istəmədiyini göstərir”.

“Report”xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyaya təzyiq göstərmək faydasızdır, sanksiyalara cavab sərt və adekvat olacaq.

Diplomat qeyd edib ki, rəsmi Moskva “Şimal axını-2” qaz kəməri və “Navalnı işi” ilə əlaqədar ABŞ -ın yeni sanksiyalarının tətbiqini rəsmi Vaşinqtonun ikitərəfli münasibətləri tərəfdaşlıq əsasında qurmaq üçün siyasi iradəsinin olmaması hesab edir.

Şərhlər

sual 2021-08-21 22:23:54

ABŞ-a qarşı hansı sərt cavab olacaq.ABŞ rəhbərlərinin Rusiya banklarındakı rublda saxlanılan pullarına sanksiya qoyacaqlar.Bunlar belə danışanda adamın qarnına ağrı düşür tualetə getməyi gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol